Modern.az

Seçkilərdə iki təşkilat "exit-poll" keçirəcək

Seçkilərdə iki təşkilat "exit-poll" keçirəcək

Ölkə

12 Avqust 2024, 16:16

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün iki təşkilat müraciət edib. 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.


Belə ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirmək niyyətini bildirib. 


Bundan əlavə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə "exit-poll" keçirmək üçün müraciət edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ