Modern.az

Əli Məsimlinin seçkiqabağı təbliğat-təşviqat kompaniyası davam edir

Əli Məsimlinin seçkiqabağı təbliğat-təşviqat kompaniyası davam edir

12 Avqust 2024, 22:42

Avqustun 12-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı  təbliğat-təşviqat kompaniyası çərçivəsində növbəti görüşlərini Qax rayonunun İlisu və Ağçay kəndlərində keçirmişdir. Görüşlərdən öncə  şəhidlərin məzarları ziyarət edildi.


Modern.az xəbər verir ki, Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Əli Məsimli Milli Məclisdəki fəaliyyəti ilə bağlı hesabat xarakterli məlumat verdi və seçiciləri yeni platformasının əsas məqamları ilə tanış etdi. Əli Məsimli bildirdi ki, etimad göstərildiyi təqdirdə yenə də islahatçı mövqe sərgiləyəcək və onun parlament fəaliyyətində seçicilərlə görüş zamanı qaldırılan məsələləri Milli Məclis tribunasından səsləndirilməsi prioritet təşkil edəcək.


 Görüşlərin gedişində  Əli Məsimli seçicilərin sual və təkliflərinə münasibət bildirib.


Sonda Əli Məsimli seçiciləri  sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak eməyə və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət etdən islahatlara öz səsləri ilə dəstək olmağa çağırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü