Modern.az

TQDK attestat ala bilməyən məzunlara MÜRACİƏT etdi

TQDK attestat ala bilməyən məzunlara MÜRACİƏT etdi

Ölkə

2 Dekabr 2013, 13:16

 “2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”nın ümumtəhsil məktəblərində 01.12.2013 - 01.05.2014, peşə liseylərində 01.12.2013 - 31.01.2013 aralığı üzrə yerinə yetirilməli olan növbəti mərhələsi başladı.

Bu mərhələdə şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən, buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə əlavə edilməsi və məlumatların təsdiq edilməsi (I təsdiq) nəzərdə tutulub.

Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Koçissiyası (TQDK) ümumi orta və ya tam orta təhsil səviyyəsini əvvəlki illərdə başa vurmuş, lakin buraxılış imtahanında iştirak etməmiş və ya buraxılış imtahanında ən azı bir fəndən “2” almış məzunlara müraciət edib. TQDK bildirib ki, həmin məzunlar buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin “Şagird-məzun” sisteminə daxil edilməsi və təhsil sənədinin verilməsi üçün bitirdikləri ümumtəhsil müəssisələrinə və yaxud şəhər (rayon) təhsil şöbələrinə müraciət edə bilərlər.

TQDK ümumtəhsil müəssisələrində təhsil alanların valideynlərindən xahiş edib ki, “Şagird-məzun” sisteminə fərdi məlumatların daxil edilməsi üçün övladlarına şəxsiyyət vəsiqəsinin alınmasını təmin etsinlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi