Modern.az

Azərbaycanda bu işçilərin maaşları artırıldı

Azərbaycanda bu işçilərin maaşları artırıldı

Ölkə

20 Avqust 2024, 12:33

“Şərq qapısı” qəzetinin əməkdaşlarının maaşları artırılıb.

 

Modern.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, yeni ştat cədvəlinə uyğun olaraq qəzetin əməkdaşlarının əməkhaqları avqust ayının 15-dən yeni məbləğdə müəyyənləşib.

 

Məlumata görə, yaxın gələcəkdə qəzetin maddi-texniki bazasının yenidən qurulması üçün də işlərə başlanılacaq.

 

Qeyd edək ki, “Şərq qapısı” qəzeti XX əsrin əvvəllərində – 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqanlardan biridir. 2010-cu ildə qəzet redaksiyası üçün yeni bina istifadəyə verilib, qəzetin rəngli nəşrinə başlanılıb. Hazırda qəzet həftədə beş dəfə çıxır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi