Modern.az

Azərbaycan BRICS-ə qoşulmaq üçün MÜRACİƏT EDİB

Azərbaycan BRICS-ə qoşulmaq üçün MÜRACİƏT EDİB

20 Avqust 2024, 17:28

Azərbaycan BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "TASS” agentliyinə müsahibəsində ölkəmizin BRICS-ə qoşulmaq istədiyini bildirib.

 

"BRICS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə o bildirib.

 

BRICS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata üzvü. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü