Modern.az

Metroda qatarlar gecikdi - SƏBƏB

Metroda qatarlar gecikdi - SƏBƏB

21 Avqust 2024, 09:33

"Bakı Metorpoliteni"nin qatarlarında 1 və 2 dəqiqə gecikmələr olub.

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O, bunun səbəbini  belə izah edib:

"Qısamüddətli gərginlik düşməsi nəticəsində "Bakı Metropoliteni"nin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. Bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub. Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb".

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü