Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı təmsil olunduğum Yeni Azərbaycan Partiyasının (YAP) 74 saylı Masallı şəhər seçki dairəsi üzrə təbliğat–təşviqat kampaniyası çərçivəsində növbəti görüşümüz Masallı rayonunun Miyankü kənd bələdiyyə binasının həyətində Miyankü, Kubin, Nəzəroba kəndlərinin seçiciləri ilə oldu.
Modern.az xəbər verir ki, Görüşdə açılış nitqi ilə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev təşviqat kampaniyasının başladığı gündən bu görüşlərdə yüksək fəallıq göstərdiyi üçün seçicilərə minnətdarlıq edib. O, YAP-ın Milli Məclisə növbədənkənar seçkilərdə yüksək fərqlə qələbə qazanacağına əminliyini ifadə edib.
Mən də öz növbəmdə son illər Masallı rayonun sosial-iqtisadi sahədə yüksəlişindən bəhs edərək, ötən illərdə olduğu kimi qarşıdakı illərdə də regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Masallıda tədbirlərin davamlı olacağını diqqətə çatdırdım.
Milli Məclisin deputatı seçiləcəyim təqdirdə seçicilərə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağımı, səlahiyyətlərim çərçivəsində onları narahat edən məsələlərin həllinə çalışacağımı söylədim.
Görüşdə çıxış edən seçicilər birmənalı olaraq Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini qeyd etdilər.
Tam əminliklə bildirdilər ki, Masallı seçiciləri yeniləşən Azərbaycana YAP-la gedəcək.
Səmimi ortamda keçən görüşlərimiz davam edir.