Modern.az

Tavanı yararsız hala düşən poliklinika ilə bağlı rəsmi AÇIQLAMA

Tavanı yararsız hala düşən poliklinika ilə bağlı rəsmi AÇIQLAMA

21 Avqust 2024, 10:15

Sosial şəbəkələrdə Xətai rayonu  38 saylı şəhər poliklinikasında həkimin otağının baxımsız vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb. Bildirilib ki, vəziyyət uzun müddətdir eyni olaraq qalmaqdadır.

 

Modern.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, poliklinika yaşayış binasının altında yerləşir:

 

“Bir neçə dəfə sözügedən endekronoloji kabinet üst mərtəbələrdən su axıntısına məruz qalıb və təmir həyata keçirilib”.

 

Qurumdan verilən məlumata görə, hazırda da 1 aydan çox müddətdir ki, poliklinikada cari təmir işləri aparılır.

1372744

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü