Modern.az

YAP parlament seçkiləri üçün nə qədər pul xərcləyib?

YAP parlament seçkiləri üçün nə qədər pul xərcləyib?

Ölkə

21 Avqust 2024, 11:35

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 125 seçki dairəsi üzrə namizəd irəli sürüb. Partiyanın namizədləri regionlarda aktiv təbliğat-təşviqat işləri aparır.

 

Modern.az-ın məlumatına görə, YAP təşviqat müddətində 139.7 min manat pul xərləyib.

 

Vəsait seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin ödənilməsinə sərf olunub.

 

Məlumata görə, partiyanın xüsusi seçki hesabına 140 min mant daxil olub. Sözügedən vəsait partiyanın büdcəsindən ayrılıb.

 

Qeyd edək ki, partiya seçici imzalarının toplanmasına vəsait sərf etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü