Modern.az

İrandakı səfirimiz İƏT-in yeni baş katibi ilə görüşdü - FOTO

İrandakı səfirimiz İƏT-in yeni baş katibi ilə görüşdü - FOTO

21 Avqust 2024, 19:22

Azərbaycanın İrandakı səfiri və ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Əli Əlizadə Tehranda təşkilatın yeni baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“İƏT-nin yeni baş katibi Əsəd M. Xan ilə görüşməkdən şadam. Biz İƏT-nin rolunun daha da gücləndirilməsi, eləcə də Azərbaycanla fəal əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, - Ə.Əlizadə yazıb.

Səfir həmçinin yeni baş katibə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü