Modern.az

"Mən artıq ona öz qızım kimi yanaşmıram" - Fəzail Ağamalı qızından DANIŞDI

"Mən artıq ona öz qızım kimi yanaşmıram" - Fəzail Ağamalı qızından DANIŞDI

Ölkə

23 Avqust 2024, 16:05

1 sentyabr 2024-cü ildə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkilərdə 125 dairə üzrə 1000-dən çox namizəd iştirak edir.

 

Namizədlər arasında Milli Məclisin VI və daha əvvəlki çağırışlarda deputat seçilən şəxslərin yaxınları da iştirak edir. Onlardan biri də  VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalıdır. O, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəddir.

 

Modern.az-a danışan Fəzail Ağamalı bildirib ki, hazırda olduqca yüksək səviyyədə seçki prosesi gedir:

 

"Ölkə miqyasında gedən seçki kampaniyasını izləyirəm. Eləcə də Ana Vətən Partiyasının 7  namizədinin seçki kampaniyasını, fəaliyyətlərini ciddi izləyirəm. Budəfəki seçkilər əvvəlkilərdən keyfiyyət baxımından öndədir. Əvvəlki seçkilərimiz də, təbii ki, Azərbaycan qanunvericiliyinə uyğun yüksək keçirilib. Lakin budəfəki seçkilər əvvəlkilərdən daha yüksək səviyyədə təşkil olunan, həyata keçirilən və hər bir namizəd üçün bərabər imkan yaradan seçkilərdir. Hətta müxalifət partiyalarının ayrı-ayrı namzədlərinin sosial şəbəkələrdəki paylaşımları ilə tanış oluram. Bu paylaşımlarda özləri tərəfindən də etiraf olunur ki, seçkilər yüksək səviyyədə təşkil olunur və əlavə imkanlar yaradılıb. Hər bir partiyanın və ya müstəqil namzədlərin kampaniyaları üçün eyni yer və məkan müəyyənləşib. Namizədlərin seçicilərlə görüşündə heç bir maneə yoxdur. Kifayət qədər seçici fəallığı var. Bir neçə gündən sonra artıq təbliğat-təşviqat kampaniyasının vaxtı bitir. Ən məsuliyyətli və gərgin zamana yekun vuracağıq. Sentyabrın 1-də Azərbaycan xalqının fəallığı ilə şəffaf, demokratik və azad formada keçiriləcək. Xalqın inamını qazanan şəxlər qalib gələcək. İnanıram ki, məğlublar da qalibləri təbrik edərək yüksək siyasi mədəniyyət nümunəsi göstərəcəklər".

 

Fəzail Ağamalı qızı Günay Ağamalının seçki kampaniyasından da danışıb. O, bildirib ki, qızının kampaniyasına müdaxilə etmir:

 

"Mən artıq ona öz qızım kimi yanaşmıram. Digər 6 namizəd kimi o da seçki kampaniyasında iştirak edir. Təbliğat və təşviqat işlərini qurub. Onun fəaliyyətlərini izləyirəm, işinə qatışmıram, müdaxilə etmirəm. Digərləri kimi ehtiyac yaranıb,məsləhət alanda mən də təbii olaraq öz tövsiyələrimi verirəm. Lakin bu, çox epizodik xarakter daşıyır. Hazırda mən istirahətdəyəm. Günay Ağamalının digər namizədlər kimi öz komandası ilə seçki kampaniyasını izləyirəm. Düşünürəm ki, seçki kampaniyasını uğurla aparır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi