Modern.az

"Hava isti olduğu üçün seçicilərlə görüş keçirə bilmirəm"

"Hava isti olduğu üçün seçicilərlə görüş keçirə bilmirəm"

Ölkə

26 Avqust 2024, 10:47

Hava isti olduğu üçün seçicilərlə görüş keçirə bilmirəm, çünki camaat yığışa bilmir.

 

Bunu Modern.az-a açıqlamasında sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edən ən yaşlı namizəd Oqtay Zeynalov bildirib.

 

"Yoldaşlarımın köməyi ilə seçki kampaniyası yaxşı gedir. 29 nəfər müşahidəçi vermişəm. 29 məntəqəyə də 4-5 gündür şəkilləri vurmuşam. Sosial şəbəkələrdə də şəkillər paylaşılıb. Vəkili təsdiq edib anket veriblər, onu doldurub, aparıb verəcəm. Mən deyirəm ki, 4-5 nəfər olsun, deyirlər ki, 1 nəfərdən artıq olmaz. Seçicilərlə görüş üçün iki yer verilib: Pedoqoji İnstitutunun şöbəsində, bir də Heydər Əliyev Parkının yanında. Heç bir görüş keçirilməyib. Mən özüm şəxsən qapı-qapı düşüb camaatla görüşürəm. Camaatı bir yerə toplayıb görüşmək fikrim yoxdur. Hava istidir, camaat yığışa bilmir. Ev və cib telefonum, ad-soyadım qeyd olunan vizitka çıxarmışam. Bir-bir gedib paylayıram".

 

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Oqtay Zeynalov Müsavat Partiyasının 38 Saylı Birinci Seçki Dairəsindən namizədidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü