Modern.az

“Dərsliklərə baxanda sovet hökumətinin dədəsinə rəhmət oxumaq istəyirsən”

“Dərsliklərə baxanda sovet hökumətinin dədəsinə rəhmət oxumaq istəyirsən”

Ölkə

3 Dekabr 2013, 13:37

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov uşaq ədəbiyyatı çap edən nəşriyyatlar üçün ƏDV-nin ləğv edilməsi ilə bağlı müzakirələr zamanı dərslikləri ciddi tənqid edib.

Modern.az-ın məlumatına görə, deputat bildirib ki, orta məktəb dərsliklərinin yazılmasında ciddi problemlər var.  

“Orta məktəb dərslikləri nə gündədir!? Adam onlara baxanda sovet hökumətinin dədəsinə rəhmət oxumaq istəyir. Kimin adamı var gəlib düşüb kitab yazmağa. Belə olmaz. Hamı özünü Nizami, Füzuli sayır. Dərsliklərin yazılması ilə bağlı yanaşma tərzinə baxmaq lazımdır”, – deyə deputat bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi