Modern.az

Durov Bakıda Hüseynlə görüşübmüş - VİDEO 

Durov Bakıda Hüseynlə görüşübmüş - VİDEO 

Ölkə

26 Avqust 2024, 17:11

"Telegram" platformasının sahibi Pavel Durovun Fransada həbs olunmazdan əvvəl əlaqə saxladığı sonuncu şəxslərdən birinin azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənov olduğu bildirilir.

 

Modern.az xəbər verir ki, "SHOT" teleqram kanalında onların Bakıda birgə səhər yeməyi yediyini əks etdirən video yayımlanıb.

 

Səhər yeməyində 24 yaşlı bloqer Yuliya Vavilova da iştirak edib. Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Parisə uçublar.

 

Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir. Paris Prokurorluğu avqustun 26-da Pavel Durov işi ilə bağlı açıqlama yayacağını bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü