Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov vəzifəsindən azad edilib.
Modern.az-ın əldə etdiyi məlumatına görə, o, təqaüdə çıxıb.
Məlumatı Dövlət Gömrük Komitəsinin mətbuat xidməti saytımıza təsdiqləyib.
Gömrük xidməti general-mayoru Cavad Qasımov 31 may 1967-ci ildə Bakı şəhərində anadan olub. O, 1999-cu ildən Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb və o vaxtdan Komitədə müxtəlif vəzifələr tutub. 2018-ci il 6 Iyul tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.
Cavad Qasımov 2008–ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, Cavad Qasımovun işdən çıxması barədə ilk xəbəri "unikal.az" yayıb.