Modern.az

Azərbaycanda 9 və daha çox uşağı olan ev təsərrüfatlarının SAYI

Azərbaycanda 9 və daha çox uşağı olan ev təsərrüfatlarının SAYI

Ölkə

27 Avqust 2024, 15:24

Modern.az Azərbaycanda 9 və daha artıq uşaq olan ailələrin sayını öyrənmək üçün Dövlət Statistika Komitəsi (DSK) ilə əlaqə saxlayıb.

 

Saytımızın sorğusuna cavab olaraq Komitədən bildirilib ki, ailələrə dair məlumatlar DSK tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyildir.

 

"Ev təsərrüfatları ilə bağlı məlumatlar isə siyahıyaalmanın yekunları nəticəsində əldə olunur", - məlumatda deyilir.

 

DSK 9 və daha çox uşağı olan ev təsərrüfatlarının sayı barədə məlumat verib:

 

"2019-cu ildə keçirilmiş sonuncu əhalinin siyahıyaalınmasının yekun məlumatlarna əsasən 9 və daha çox uşağı olan ev təsərrüfatlarının sayı 1524 olub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü