Növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağına aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
“Sentyabrın 1-i səsvermə günü ilkin nəticələr operativ çatdırılacaq. Bu seçkilərdə də çalışacağıq ilkin nəticələri həmin gecə çatdıraq. İki gün ərzində isə dairələrdən protokollar bizə veriləcək. O zaman tam aydın olacaq”.