Modern.az

İlham Əliyev BRİCS sammitinə DƏVƏT EDİLDİ 

İlham Əliyev BRİCS sammitinə DƏVƏT EDİLDİ 

Ölkə

29 Avqust 2024, 19:51

Azərbaycan Prezidenti İlham Əliyev BRİCS sammitinə dəvət edilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

 

O qeyd edib ki, Rusiya Federasiyası Azərbaycanın üzvlük müraciətini dəstəkləyir.

 

“Biz Azərbaycanın müraciətini dəstəkləyirik. Hesab edirik ki, Azərbaycan BRİCS-ə qoşulmaqla əlavə dinamika və unikal təcrübə, o cümlədən eyni vaxtda və konstruktiv şəkildə bir çox gündəmdə işləmək təcrübəsi gətirəcək güclü namizəddir”, - Ryabkov vurğulayıb.

 

Xatırladaq ki, BRİCS sammiti oktyabr ayında keçiriləcək. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın BRİCS-ə üzvlük üçün müraciət etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM