Modern.az

"Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırıq"

"Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırıq"

Ölkə

31 Avqust 2024, 14:30

"İrəvan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqə üçün kommunikasiyaları açmağa hazırdır, lakin bu yol Ermənistanın suverenliyindən kənarda ola bilməz".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.

 

"Ermənistan nəinki təxribat törətmir, hətta kommunikasiyaların açılmasına hər cür dəstək verir və eləcə də "Dünyanın kəsişməsi" layihəsini də təqdim edib. Biz Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya yollarını təqdim etməyə hazırıq, lakin aydındır ki, bu, ancaq ölkəmizin suverenliyi daxilində olmalıdır", - deyə Paşinyan bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü