Modern.az

Məcburi köçkün seçicilərin sayı

Məcburi köçkün seçicilərin sayı

31 Avqust 2024, 18:35

“Məcburi köçkün seçicilərin sayı 397 min 862 nəfərdir”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

 

“Azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var, onlardan 7-si tam, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Biz inanırıq ki, növbəti seçkilərə qədər bu problem tam həll olunacaq və o bölgələrdən olan seçicilərimiz öz yurdlarında səs verəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi