Modern.az

Azərbaycanda seçkilər BAŞA ÇATDI

Azərbaycanda seçkilər BAŞA ÇATDI

Ölkə

1 Sentyabr 2024, 19:00

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər başa çatıb.

 

Modern.az-ın məlumatına görə, saat 08:00-da açılan seçki məntəqələri saat 19:00-da bağlanıb və səslərin sayılmasına başlanılıb.

 

Seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

 

Qeyd edək ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu