Modern.az

İlqar Məmmədov siyasətdən gedir?

İlqar Məmmədov siyasətdən gedir?

2 Sentyabr 2024, 16:40

Azərbaycanda parlament seçkiləri yekunlaşıb, ilkin nəticələr artıq məlumdur. Seçilənlər arasında müxalifət partiyalarının namizədləri də var. Partiyalar çox namizəd irəli sürsələr də, yalnız bir, iki və ya üç nəfərlə parlamentdə təmsil olunacaqlar.

 

Parlamentə düşən partiyalardan biri də REAL-dır. 10-dan çox namizədlə iştirak edən partiyanın yalnız 1 üzvü - Erkin Qədirli mandat qazanıb.

 

Partiyanın sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizəd idi. Onun dairəsindən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə seçilib.

 

Qeyd edək ki, bir müddət əvvəl İlqar Məmmədov növbədənkənar parlament seçkilərinin onun üçün axırıncı seçki olacağı ilə bağlı paylaşım etmişdi.

 

“Qarşıdakı seçki mənim üçün sonuncu olacaq. Partiyaya uğura gətirməsəm və ya özüm qələbə üçün yetərli səs qazanmasam publik siyasətdən gedəcəyəm. Bu barədə bildirmişəm. Səsverməyə cəmi bir neçə ay qalır”, - deyə paylaşımda bildirilib.

 

Parlament seçkilərində uğur qazana bilməyən partiya sədrinin siyasətdən gedib-getməyəcəyi maraq doğurur. 

 

Modern.az mövzu ilə əlaqədar REAL Partiyasının sədri əlaqə saxlamağa çalışıb. Lakin cəhdimiz uğursuz olub. Partiya sədri zənglərimizə və mesajlarımıza cavab verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi