Modern.az

Şəhidimizin anası deputat seçildi

Şəhidimizin anası deputat seçildi

3 Sentyabr 2024, 10:04

Şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova Naxçıvan Ali Məclisinə deputat seçilib.

 

Modern.az-ın məlumatına görə, o, 34 saylı Şahbuz şəhər seçki dairəsindən namizəd idi.

 

O, 75.28 faiz səslə mandat qazanıb.  

 

Emin Sadiqov 21 iyul 1998-ci ildə Şahbuz rayonunun Şahbuz kəndində anadan olub. O, 8-ci sinfi bitirdikdən sonra Emin Sadiqov 2012-ci ildə Heydər Əliyev adına Hərbi liseyinə qəbul olub və 3 il burada təhsil alıb. 2015-ci ildə Naxçıvan Bakıya, hərbi sənətinin dərinliklərinə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə AAHM-dən məzun olan Emin Qazax rayonuna təyinat alıb.

 

Leytenant Sadiqov müharibəyə Füzuli istiqamətində qoşulub. 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 30 oktyabr 2020-ci ildə doğulduğu Şahbuz kənd məzarlığında dəfn olunub.

 

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi