Abşeronda tanışı Zaur Seyfullayevi öldürməkdə təqsirləndirilən Sərxan Əliyevin işi üzrə ibtidai istintaq yekunlaşıb.
Modern.az-ın məlumatna görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
İşə hakim Müşfiq Məmmədovun sədrliyi ilə baxılacaq.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, cari ilin aprel ayında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.