Modern.az

Rəsmi qurumlar "Meymunçiçəyi"nə görə hərəkətə keçdi - Nəzarət gücləndirilir

Rəsmi qurumlar "Meymunçiçəyi"nə görə hərəkətə keçdi - Nəzarət gücləndirilir

Ölkə

5 Sentyabr 2024, 11:44

Azərbaycanda bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, respublika ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.

 

Qeyd edək ki, 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

 

Bildirilib ki, görüşdə cari ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.

 

Hazırda bir çox ölkələrdə “Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, respublika ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri