Modern.az

Xəstəxana direktoru cərimələndi, məhkəməyə müraciət etdi

Xəstəxana direktoru cərimələndi, məhkəməyə müraciət etdi

Ölkə

9 Sentyabr 2024, 10:16

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında məhkəməyə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, Tamara Nurəliyeva haqqında ƏƏSMN tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü( İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Tamara Nurəliyeva qərardan şikayət verərək Zaqatala rayon Məhkəməsinə müraciət edib.

 

İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, sözügedən maddə üzrə vəzifəli şəxslər üçün yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI