Modern.az

İrəvandan sülh müqaviləsi ilə bağlı müəmma: Paşinyan 17, Mirzoyan 16 bənd deyir

İrəvandan sülh müqaviləsi ilə bağlı müəmma: Paşinyan 17, Mirzoyan 16 bənd deyir

9 Sentyabr 2024, 13:56

Ermənistan sülh sazişinin layihəsini Azərbaycan tərəfinə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

 

O, İrəvanın Bakıdan cavab gözlədiyini vurğulayıb. “Ermənistan və Azərbaycanın tezliklə sülh sazişi imzalamaq üçün real şansı var”, - Mirzoyan qeyd edib.

 

Nazirin sözlərinə görə, İrəvan və Bakı sülh müqaviləsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər, 3-ü barədə qismən razılıq əldə edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında sülh sazişinin 17 bənddən ibarət olduğunu bildirib. Paşinyanın sözlərinə görə, preambula daxil olmaqla bəndlərin 13-ü razılaşdırılıb. Daha üç bənd birdən çox cümlədən ibarətdir və əksəriyyətinin lüğət tərkibi barədə razılıq əldə olunub.

 

Paşinyan sözügedən 13 maddənin mahiyyətini açıqlamaqdan imtina edib:  “Bu, məxfi sənəddir və o maddələrin sahibi təkcə biz deyilik”. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsinin razılaşdırılmış müddəalarından biri budur ki, tərəflərdən heç biri sazişin müddəalarına əməl etməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz.

 

Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh layihəsi "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" adlanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı