Modern.az

AMEA-dan “Vikipediya” ilə bağlı AÇIQLAMA

AMEA-dan “Vikipediya” ilə bağlı AÇIQLAMA

Ölkə

13 Sentyabr 2024, 16:08

Azərbaycanın aralarında yüksək rütbəli hərbçilər də olan 3000 şəhidi haqqında məqalə qlobal internet layihəsi olan Vikipediya-dan tamamilə silinib. Bu hadisə Azərbaycan ictimaiyyətində etirazlara səbəb olub.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məsələ ilə bağlı məlumat yayıb.

 

"Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk", - açıqlamada deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi