Modern.az

Bələdiyyə sədri məhkəməyə VERİLDİ

Bələdiyyə sədri məhkəməyə VERİLDİ

16 Sentyabr 2024, 12:06

Biləsuvar rayon bələdiyyəsinin sədri Abbasov İlqar Vəlixan oğlu barəsində inzibati protokol tərtib edilib.

Modern.az xəbər verir ki, bələdiyyə sədri haqqında aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Biləsuvar rayon Məhkəməsində hakim Rəfayil Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, protokol təsdiq edərsə, bələdiyyə sədri 1000 manat məbləğində cərimə ediləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI