Modern.az

Kahramanmaraşda "Azərbaycan məhəlləsi": Tikinti işləri bu tarixdə yekunlaşacaq

Kahramanmaraşda "Azərbaycan məhəlləsi": Tikinti işləri bu tarixdə yekunlaşacaq

Ölkə

17 Sentyabr 2024, 11:09

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib.

 

2023-cü ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən sözügedən ərazidə “Azərbaycan Məhəlləsi” salınmağa başlanıb.

 

Layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.

 

Bəs məhəllədə tikinti işləri nə vaxt yekunlaşacaq?

 

Modern.az mövzu ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, Türkiyənin Kahramanmaraş şəhərinin “Azərbaycan” məhəlləsində Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa edilən yaşayış binalarının tikintisinin 2025-ci ilin mart ayınadək başa çatdırılması nəzərdə tutulur.

 

Məhəllədə 28.5 hektar ərazidə 1 300 mənzil və 764 qeyri-yaşayış (ticarət) obyekti inşa edilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI