Modern.az

Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Ölkə

18 Sentyabr 2024, 18:00

Bu gün saat 17:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Qrız, Quba, Laza (Qusar), Şəki, Xaltan, Qax, Göygöl, Şahdağ, Biləsuvarda arabir yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli olub.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi