Modern.az

"Oğlum körpələrimizin daha yaxşı həyat sürməsi uğrunda canından keçdi" - Şəhid atası

"Oğlum körpələrimizin daha yaxşı həyat sürməsi uğrunda canından keçdi" - Şəhid atası

Ölkə

19 Sentyabr 2024, 11:32

“Mən oğlumla hər zaman qürur duymuşam, indi də qürur duyuram”

 

Bunu Modern.az-a açıqlamasında şəhid Sahib Daşdəmirovun atası Natiq Daşdəmirov deyib.

 

O bildirib ki, hər zaman övladları ilə fəxr ediblər:

 

“Bu gün də qürur duyuruq. Bizim övladlarımız vətən uğrunda, namus uğrunda, körpələrimizin daha yaxşı həyat sürməsi uğrunda canından keçdi. Fəxr edirəm ki, oğlum məhz bu uğurda canını fəda etdi. Allah onların məqamını uca etsin”.

 

Daşdəmirov Sahib Natiq oğlu 6 may 1995-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda anadan olub. Nərimanov rayonu 202 nömrəli məktəbdə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "baş leytenant" hərbi rütbəsinə qədər yüksəlib.

 

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Daşdəmirov Sahib Natiq oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Veysəlli kəndində şəhid olub.

 

Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edilib.

 

1380637

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi