Modern.az

Leysan, şimşək... - FAKTİKİ HAVA

Leysan, şimşək... - FAKTİKİ HAVA

Ölkə

22 Sentyabr 2024, 12:45

Sentyabrın 22-si saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuz, Culfada 2 mm, Şahdağ, Xaçmaz, Qusar (Laza), Göygöl, Daşkəsən, Astara, Şərur, Naxçıvanda 1 mm-dək olub.

 

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 26, Aran rayonlarında 29, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi