Modern.az

REAL partiyasının sədri olmaq çətin deyil - Natiq Cəfərli

REAL partiyasının sədri olmaq çətin deyil - Natiq Cəfərli

23 Sentyabr 2024, 13:20

REAL Partiyasının Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr olub.

 

Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.

 

Qeyd edək ki, parlament seçkilərindən sonra İlqar Məmmədov REAL sədrliyindən istefa verib.

 

Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, oktyabrda mətbuat konfransı keçirməyi planlaşdırır.

 

"REAL partiyasında siyasi komitəsinin sədri olmaq, əslində, çətin deyil. Ona görə ki, REAL Partiyasını Siyasi Komitə idarə edir. Siyasi Komitənin 8 nəfər cəmiyyətdə tanınmış və intellektual baxımından inkişaf etmiş üzvü var. Onların kollektiv ağlına əsasən qərarları sədr kimi icra etmək rahatlıq yaradır".

 

Natiq Cəfərli yeniliklərin də olacağını söyləyib: "Yeni hədəflərimiz, prioritetlərimizlə bağlı oktyabrın əvvəlində keçiriləcək mətbuat konfransında məlumat verəcəyik. Müəyyən yeniliklər də olacaq. İctimaiyyətə bu barədə geniş məlumat verəcəyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi