Modern.az

Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir - XİN

Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir - XİN

24 Sentyabr 2024, 12:16

Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

 

O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir:

 

“Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur”.

 

Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi