Modern.az

Deputat seçilən məmur vəzifəsini İTİRDİ

Deputat seçilən məmur vəzifəsini İTİRDİ

24 Sentyabr 2024, 17:46

Ramiz Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin köməkçisi vəzifəsindən azad olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də qərar imzalayıb.

 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi Məmmədov Ramiz Gülməmməd oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 36 saylı Badamlı seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi