Modern.az

Sabiq ombudsman deputat seçildi - Direktor vəzifəsini də itirdi

Sabiq ombudsman deputat seçildi - Direktor vəzifəsini də itirdi

Ölkə

26 Sentyabr 2024, 09:40

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Ülkər Bayramova vəzifəsindən azad edilib.

 

Modern.az-ın məlumatına görə, buna səbəb onun Ali Məclisə deputat seçilməsidir.

 

Ülkər Bayramova Ali Məclisdə 23 saylı Cəhri seçki dairəsini təmsil edəcək.

 

Qeyd edək ki, Ülkər Bayramova iki dəfə 2006 və 2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi