Bu gün yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.
Modern.az xəbər verir ki, sessiyada deputat Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçilib.
Deputat Arzu Abdullayev isə sədrin müavini olub.
Bəxtiyar Məmmədov 1971-ci ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 3 nömrəli orta məktəbdə təhsil alıb. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlayıb. O, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunda şöbə rəisinin müavini, 2016-2019-cu illərdə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini olub. Bəxtiyar Məmmədov 2019-cu ildə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru təyin edilib.
O, ötən il Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini təyin edilib.
Arzu Abdullayev 16 sentyabr 1987-ci ildə Ordubad rayon Üstüpü kəndində anadan olub. 2006 - cı ildə 526 balla Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin tarix ixtisasına qəbul olub. 2007-ci ildən 2010-cu ilədək elmi və ictimai fəaliyyətimə görə Heydər Əliyev təqaüdünə layiq görülüb.
O, Ali Məclisə deputat seçilənədək Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru olub.