1-ci Qarabağ müharibəsi qəhrəmanlarından biri olan şəhid kapitan Süleyman Əhmədovun şəhadətindən 32 il ötür.
Şəhid Süleyman Əhmədov Vətənin ağır günlərində - 20 Yanvar faciəsi zamanı xidmət etdiyi Rusiyadan Azərbaycana qayıdır, torpaqlarımıza ayaq basmaq istəyən düşmənlərə qarşı mübarizəyə başlayır.
Düşmənə sarsıdıcı zərbələr endirən şəhidimiz Qarabağın müdafiəsi uğrunda bir çox əməliyyatların iştirakçısı olur. Onun komandası altında mühüm irəliləyişlər əldə edilir.
Süleyman Əhmədov 1992-ci ilin sentyabrında Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucalır
Modern.az şəhid Süleyman Əhmədovun həyat və döyüş yolundan bəhs edən filmi təqdim edir: