Modern.az

Agentliyin sədrinə iki yeni müavin TƏYİN EDİLDİ

Agentliyin sədrinə iki yeni müavin TƏYİN EDİLDİ

1 Oktyabr 2024, 13:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinə iki yeni müavin təyin edilib.

 

Modern.az-ın məlumatına görə, bu vəzifələr Abbasov Hasil Vasif oğlu və Quluzadə Ramal Balay oğluna həvalə edilib.

 

Qeyd edək ki, Hasil Abbasov təyinatına qədər 2023-2024-cü illərdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifəsində, Ramal Quluzadə isə 2022-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri vəzifəsində çalışıb.

 

Xatırladaq ki, bundan əvvəl Agentliyin sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadovun vəzifələrindən azad olunduğu barədə xəbər yaymışdıq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi