Modern.az

Almaniya ilə əlaqələrimizin inkişafına xüsusi önəm veririk - İlham Əliyev

Almaniya ilə əlaqələrimizin inkişafına xüsusi önəm veririk - İlham Əliyev

3 Oktyabr 2024, 11:04

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk. İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Almaniya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvar olduğumu bildirirəm.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi