Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirib.
Daha sonra sənədlər imzalanıb və bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.
Modern.az görüşdən çəkilən fotoları təqdim edir: