Modern.az

"Azərsun" məhkəməyə verildi

"Azərsun" məhkəməyə verildi

Ölkə

14 Oktyabr 2024, 10:10

“Azərsun” ASC-nin nəzdində olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimə edilə bilər.

Modern.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Ağstafa rayon Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə baxılacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI