Bakıda yaşayış dəyəri İrəvandan xeyli aşağıdır.
Modern.az xəbər verir ki, bu barədə dünyanın ən böyük həyat keyfiyyəti üzrə məlumat bazası olan “Numbeo”nun araşdırmasında qeyd edilib.
“Numbeo”nun araşdırmasına görə, Bakıda yaşayış dəyəri, o cümlədən kirayə haqqı İrəvandan 34,4% aşağıdır.
Araşdırmada qeyd edilib:
- Bakıda kirayə qiymətləri İrəvandakından 50,1% aşağıdır.
- Bakı restoranlarında qiymətlər İrəvandakından 26,0% aşağıdır.
- Bakıda ərzaq qiymətləri İrəvandan 20,0% aşağıdır.
- Bakıda alıcılıq qabiliyyəti İrəvanla müqayisədə 36,7% yüksəkdir.
- İrəvanda 3875 dollarla (təxminən 1500 000 dram) əldə edilə bilən həyat səviyyəsini saxlamaq üçün Bakıda təxminən 2543 dollar (təxminən 4324 manat) lazım olardı.