Modern.az

Çoxarvadlılığı normallaşdırmaq, yaymaq və adiləşdirmək yersizdir - Sosioloq

Çoxarvadlılığı normallaşdırmaq, yaymaq və adiləşdirmək yersizdir - Sosioloq

Ölkə

18 Oktyabr 2024, 13:30

İndiki boşanmaların çoxalması gələcəkdə qeyri-qanuni nikahların artacağı, poliqamiya (bir fərdin eyni zamanda iki və daha çox əks cinsin nümayəndəsi ilə nikahda olması) yaradacağı fikrini ortaya atır.


Modern.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildiri ki, adətən müharibələrdə ölən, öldürülən kişilərin çox olduğu ölkələr demoqrafik vəziyyəti tənzimləmək üçün poliqamiya həyat tərzinə, yəni çoxarvadlılığa dəstək verirlər. 


“Monoqamiya – təkarvadlılıq dünyada normal qəbul edilmiş vəziyyətdir, amma poliqamiyanın da qanuni olaraq rəsmiləşdirildiyi ölkələrin sayı da az deyil və onlar da əsasən müsəlman ölkələridir. Çoxarvadlılıq Yaxın Şərq, Afrika və Cənubi Asiyada daha çox yayılıb, bir çox hallarda yerli adətlərlə bağlıdır. Əfqanıstan, Pakistan kimi əhalisinin daha çoxu müsəlman olan ölkələrdə də dini qaydalara görə 4 arvadlılıq qanunla dəstəklənir”.


Bu anlayışın bir də əks tərəfi var, poliandriya, yəni çoxərlilik. Lalə Mehralı bu barədə qeyd edib ki, çox yayğın olmasa da, bəzən bu barədə mediada oxumaq mümkündür:


“Zənnimcə, həm poliqamiya, həm də moliandriya əxlaqi dəyərlərə uyğun gəlməyən vəziyyətlərdir. Bəzən iddia edirlər ki, əgər kişilərə çoxarvadlılıq şəraiti yaradılsa, o zaman evlilikdən kənar münasibətləri olmaz, əxlaqi dəyərlərə uyğun yaşayar. Amma 4 arvadla yaşayacağı həyat da normal dəyərlərə uyğun həyat tərzi deyil. İnsanın bir həyat yoldaşı olar, bir ailəsi olar.

 

“Bizim kimi dünyəvi ölkələrdə belə vəziyyyətlər anormal qarşılanır. Əhalisinin böyük əksəriyyəti müsəlman olsa da Azərbaycanda poliqamiya normal qarşılanmır. Biz dinimizə görə təkallahlığa inanırıq, dinimizə görə insanın da bir ömür yoldaşı ola bilər, amma burada bir istisna var - "Nisa" surəsinə görə müharibələrdə kişilərin sayının azalması səbəbindən demoqrafik vəziyyətin pozularsa birdən çox həyat yoldaşına icazə var. Ancaq bunu əldə bayraq edərək çoxarvadlılığı normallaşdırmaq, yaymaq və adiləşdirmək yersizdir” - deyə sosioloq qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi