Modern.az

Azərbaycanda rekonstruktiv cərrahiyyə üzrə mütəxəssis yetişdirilir? - RƏSMİ

Azərbaycanda rekonstruktiv cərrahiyyə üzrə mütəxəssis yetişdirilir? - RƏSMİ

17 Oktyabr 2024, 16:10

Azərbaycanda rekonstruktiv cərrahiyyə olduqca məşhurdur. Dövlət və özəl xəstəxanalarda bir çox insan bu cərrahi əməliyyatlar üz tutur.

 

Rekonstruktiv cərrahiyyə estetik əməliyyatdan fərqlidir. Daha yaxşı görünmək və ya daha yaxşı hiss etmək üçün insanlar estetik əməliyyat keçirir, rekonstruktiv cərrahiyyə isə tibbi səbəblərə görə edilir. Rekonstruktiv plastik cərrahiyyə travma sonrası zədələr, xərçəng əməliyyatları və ya anadangəlmə anomaliyalar kimi şərtlər səbəbiylə zədələnmiş toxuma və ya orqanları bərpa etmək üçün istifadə olunur.


Dodaq yarığının korreksiyasından, yanıq və digər bədbəxt hadisələr nəticəsində yaranan yaraların bağlanmasından, xərçəng səbəbilə çəkilmiş döşün rekonstruksiyasından, cinsiyyət dəyişdirmə əməliyyatlarından geniş sahəyə yayılır. 


Əməliyyatlarda əsas məqsəd anatomiyaya uyğun olaraq bədən bütövlüyünü təmin etmək və funksiyaları normallaşdırmaqdır. 


Bəs ölkəmizdə rekonstruktiv cərrahiyyə mütəxəssisləri varmı?


Modern.az-ın sorğusuna cavab verən Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyeva bildirib ki, 2011-ci ildən etibarən Azərbaycan Respublikasında rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsil aparılır.

 

"Bu ixtisas üzrə təhsilini bitirən həkim-mütəxəssislər dövlət və özəl tibb müəssisələrində fəaliyyətlərini davam etdirirlər. Ölkədə bu sahə üzrə yerli və beynəlxalq səviyyəli tədbirlər keçirilir (elmi-praktik konfranslar, kurslar və. s). Bizim mütəxəssislər də müxtəlif ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak edirlər", - açıqlamada bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi