Modern.az

Bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılacaq

Bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılacaq

17 Oktyabr 2024, 15:42

Təhsil müəssisələrində, xüsusilə məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyətinin artırılması, bu dərslərə daha peşəkar səviyyədə yanaşılması olduqca aktual məsələdir.

 

Bunu Modern.az-a müsahibəsində verən Vll çağırış Milli Məclisin Gənclər və idman komitəsi sədri Şahin İsmayılov deyib.

 

Deputat bildirib ki, bu, intellektli gənc nəslə idmanın vacibliyinin aşılanması deməkdir:

 

"Mən hazırda bu mövzuda bir neçə ölkənin təcrübəsini araşdırıram və görünən odur ki, bağçalardan tutmuş, ali təhsil müəssələrinə qədər bu sahəyə kifayət qədər peşəkar yanaşma var, bu ölkələrdə bədən tərbiyəsi dərsi riyaziyyat qədər önəm daşıyır. Bizim komitə, o cümlədən əməkdaşlıq qurduğumuz aidiyyəti dövlət qurumlarının da yanaşması ondan ibarətdir ki, təhsil müəssələrində bədən tərbiyəsi dərslərinin keyfiyyəti və ciddiyyəti artmalıdır. Çünki bu, birbaşa gənc nəslin sağlamlığına təsir göstərən amildir, təməldir. İnfrastruktur, şərait, peşəkar müəllimlər, bir sözlə, dərsin keçirilməsi üçün bütün zəruri imkanlar mövcuddur və bunun daha peşəkar səviyyəyə qalxması bütövlükdə sağlam nəslin yetişməsi üçün ən mühüm addımlardan biridir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi