Modern.az

İstanbulda "3+3" görüşü: 5 ölkənin naziri birgə bəyanat qəbul edəcək

İstanbulda "3+3" görüşü: 5 ölkənin naziri birgə bəyanat qəbul edəcək

Ölkə

17 Oktyabr 2024, 15:26

Oktyabrın 18-də İstanbul şəhərində "3+3" regional platformasının növbəti iclası keçiriləcək. Görüşdə ev sahibi Türkiyə ilə yanaşı Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri iştirak edəcək. Regional platformaya daxil edilən Gürcüstan görüşdə iştirak etməkdən imtina edib.

 

Qeyd edək ki, "3+3" formatı İkinci Qarabağ müharibəsindən sonra irəli sürülüb, platformanın təşəbbüskarı Azərbaycandır. Bu çərçivəsdə ilk görüş Moskvada, növbəti görüş isə Tehranda baş tutub.

 

Modern.az-ın məlumatına görə, Rusiyanın "RIA Novosti" agentliyi görüşlə bağlı bir sıra vacib məqamları öyrənib.

 

Agentliyin Türkiyədən olan mənbəsinin sözlərinə görə, “3+3” görüşü çərçivəsində Ankara Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması prosesinə dəstək ifadə edəcək.

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İstanbulda keçiriləcək platforma danışıqlarında ölkənin səylərinin Qafqazda sülh və sabitliyin bərqərar olmasına yönəldiyini bəyan edəcək. Görüş zamanı, həmçinin problemlərin həllində regional məsuliyyətin ən effektiv metod olduğu vurğulanacaq.

 

“3+3” iştirakçıları münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayan birgə bəyanat qəbul edəcəklər. Nazirlər münaqişələrin sülh yolu ilə həllinin, suverenliyə, ərazi bütövlüyünə hörmətin, sərhədlərin toxunulmazlığı prinsipinin, daxili işlərə qarışmamanın vacibliyi vurğulayacaqlar.

 

Bəyanatın, mətnində həmçinin regional iqtisadi əməkdaşlığın zəruriliyinə, etimadın möhkəmləndirilməsinə və rifahın artırılmasına diqqət ayrılması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi