Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Modern.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.