İsrail Livanda hərbi əməliyyatlara davam edir. Livanın müxtəlif şəhərləri, eləcə də paytaxt Beyrut bombalanır.
Belə bir zamanda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin bir qism heyətinin təxliyyə olunduğunu açıqlayıb. “Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, -XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Maraqlıdır ki, Livandakı azərbaycanlılarla bağlı hansı işlər görüləcək? Təxliyyə üçün vətəndaşlarımızdan müraciətlər edilibmi?
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Modern.az-ın sorğusuna cavab verib.
"Livandakı Azərbaycan vətəndaşlarından təxliyə üçün müraciət daxil olmayıb",-o deyib.